Vüsal Murtuzəliyev — Bu gün hamı sentyabr HD
Bu gün hamı Sentyabr, Kimsə üçü, kimsə beşi. Bu gün hər yer Sentyabr, Hamıda payız yerişi. Bu gün hamı Sentyabr, Dumanlı, az yağıntılı. Bir az tutqun, bir az dalğın, Bir az qərib, sıxıntılı. Bu gün hər yer Sentyabr, Sən olmayan şəhər belə. Bu şəhərdə sən gedəndən, Axşam belə, səhər belə. Bu gün hamı Sentyabr, Hamı öz içində qonaq. Mənə də bir qonaq gəlib. Lap məsəli səndən uzaq. Bu gün hər yer Sentyabr, Gecə iki-dörd arası. Duyğulanıb, duyğulanıb, Səni düşünmək havası. Desəm yenə də güləcək, Otur sənə şeir yazım. Bir azdan sual gələcək, Nə vaxt gələcəksən qızım? Söz — Raqif Raufoğlu Səsləndirir — Vüsal Murtuzəliyev #elqerez #əlqərəz #vüsalmurtuzəliyev #raqifraufoğlu