Zəfər Paradında Daxili Qoşunların heyətinə başçılıq edən general-mayor İnqilab Muradov
1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. 1984-1988-ci illərdə Rusiyada hərbi təhsil alıb. 1993-cü ildən Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarında xidmət edir. 2018-ci ildən DİN Daxili Qoşunlarının Qərargah rəisinin 1-ci müavinidir. Prezidentin sərəncamı ilə 2019-cu ilin mart ayında ona general-mayor rütbəsi verilib. "Azərbaycan bayrağı” ordeni ilə, "Qüsursuz xidmətlərə görə”, "Hərbi xidmətlərə görə”, 2 və 3 dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları və müxtəlif yubiley medalları ilə təltif olunub.