Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib HD

15.05.2021
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən yeni hərbi hissələrin açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib. Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. Müdafiə nazirinə məruzə olunub ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib. Sonra Müdafiə naziri şəxsi heyətlə birgə nahar edib. General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunun hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib. Qeyd edək ki, indiyədək azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib. _ Министр обороны принял участие в открытии новых воинских частей, дислоцированных на освобожденных территориях По поручению Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Вооруженными Силами господина Ильхама Алиева в воинских частях, дислоцированных на освобожденных территориях, продолжаются строительные работы. Министр обороны генерал-полковник Закир Гасанов принял участие в открытии нескольких новопостроенных воинских частей, дислоцированных в различных регионах. Проверив уровень боеготовности личного состава, Министр обороны поставил перед командованием соответствующие задачи по повышению боеспособности. Министру обороны было доложено, что эти комплексы, состоящие из различных сооружений, оснащенных современным оборудованием, мебелью и инвентарем, полностью удовлетворяют все необходимые потребности военнослужащих. В воинских частях предусмотрены оружейная комната, общежитие, столовая, кухня, медицинский пункт, продовольственные и вещевые склады и банно-санитарные узлы. В целях обеспечения местности бесперебойным электроснабжением установлены генераторы. Высоко оценив боевую и морально-психологическую подготовку личного состава, Министр обороны вручил ценные подарки группе отличившихся на службе военнослужащих. Затем Министр обороны пообедал с личным составом. В заключение генерал-полковник З.Гасанов дал соответствующие указания по дальнейшему улучшению с

Похожие видео