Bayramlar münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib HD

31.12.2021
Bayramlar münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bayram tədbirlərində yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyətin iştirakı ilə şəxsi heyətlə görüşlər, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, onlara bayram sovqatları çatdırılıb. Bayramlarla əlaqədar şəxsi heyət şəhid məzarlarını ziyarət edib, şəhid və yaralıların ailələrinə baş çəkilib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim olunub. Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib. Təntənəli mərasimlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər. https://mod.gov.az/az/news/bayramlar-munasibetile-azerbaycan-ordusunda-silsile-tedbirler-kecirilib-video-38874.html _ В Азербайджанской Армии проведён ряд мероприятий по случаю праздников Согласно утвержденному Министром обороны плану, 31 декабря во всех родах войск, Отдельной общевойсковой армии, войсковых объединениях и соединениях, а также в специальных военно-учебных заведениях Азербайджанской Армии был проведен ряд мероприятий в связи с Днем солидарности азербайджанцев мира и Новым годом. В ходе праздничных мероприятий с участием местных органов исполнительной власти, государственных и неправительственных организаций, ветеранов, общественности были проведены встречи с личным составом, викторины, культурно-массовые, патриотические и спортивные мероприятия, участникам были вручены праздничные гостинцы. В связи с праздниками личный состав посетил могилы шехидов, семьи шехидов и раненых, детям шехидов и раненых были вручены праздничные гостинцы и различные подарки. В рамках мероприятий были продемонстрированы документальные фильмы, видеоролики, фото- и книжные выставки для военнослужащих. Творческие коллективы Армейского идеологического и культурного центра имени Ази Асланова, Идеологического и культурного центра Гянджинского гарнизона, а также районных отделов культуры выступили перед личным составом с интересными концертными программами. https://mod.gov.az/ru/news/v-azerbajdzhanskoj-armii-provedyon-ryad-meropriyatij-po-sluchayu-prazdnikov-video-38875.html _ A number of events were held in the Azerbaijan Army on the occasion of the holidays According to the plan approved by the Minister of Defense, a number of events on the occasion of the Day of Solidarity of World Azerbaijanis and the New Year Holiday were held on December 31 in all types of troops

Похожие видео