Tərmeyxan Qaytağısı. Ustad Aşıq Tərmeyxan Borçalı.
Hörmətli saz söz həvəskarları. Diqqətinizə çatdıracağım növbəti ifa Ustad Aşıq Tərmeyxan Borçalının ifasında elə onun özünün yaratdığı "Tərmeyxan Qaytağısı" havasıdı. Bildiyiniz kimi Qaytağı adlı hava var, lakin fərqli havadı (Dədə Şəmşirin "Gül ay qızım mən qocaya bir də gül" adlı şeri oxunur çox zaman). Tərmeyxan Qaytağısı isə tamamilə fərqli və yeni havacatlardandı. Ustadın öz yaratdığı havanı özünün ifasında dinləmək həqiqətən həm xoşdu, həmçinin bu havanı "əymək", "qırmaq", dəyişmək mümkün olmur. Ustad Tərmeyxanın bir yox bir neçə yaratdığı havaları var. Vaxtilə "Tərmeyxan Gözəlləməsi"ni təqdim etmişdik. Beləliklə, "Tərmeyxan Qaytağısı". Ustada Təşəkkür edirik. Facebook səhifəmiz: https://www.facebook.com/AshiqGulabiXindimammadoglu/ Daha çox videolara baxmaq üçün YouTube kanalımıza abunə olmağı unutmayın: https://www.youtube.com/user/MrVPasha
Похожие видео
Показать еще