Millət vəkili: Gəlinlərin paltarı bağlı olmalıdır HD

07.06.2018
Şəxsən mən heç cür başa düşmürəm və düşmək də istəmirəm ki, toyun əvvəlində bəylə gəlin nəyə görə valsla başlamalıdır? Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva toy mərasimləri ilə bağlı cəmiyyətdə gedən müzakirələrə və yaşanan narahatlıqlara münasibətini bildirərkən deyib. “Yaxşı, Avropaya inteqrasiya edirik, qloballaşan dünyada yaşayırıq, yəni, biz öz “qabığımız”da qala bilmərik, bütün bunları mən çox gözəl başa düşürəm. Mən eyni zamanda mühafizəkar bir insan da deyiləm”- deyən, millət vəkilinin sözlərinə görə, elə dəyərlər var ki, bu dəyərlərdə mühafizəkar olmağa borcluyuq: “Bu dəyərləri qorumaqda senzuranı tətbiq etməyə hər birimiz borcluyuq və bunu da doğru-düzgün qəbul etməliyik. Məsələn, Avropadakı bir gənc öz toyunda mənim “Vağzalı”mı çaldırırmı, “Tərəkəmə”mi çaldırırmı? Xeyr! Onda zəhmət olmasa, o da mənə inteqrasiya etsin, mənim mədəniyyətimdən, adət-ənənələrimdən yararlansın. Bəlkə mən bir az absurd, radikal danışıram, amma bunlar mənim şəxsi fikirlərimdir. Məni də heç kəs fikrimə görə hər halda qınaya bilməz. Nəyə görə mənim qızım, oğlum, bir başqa azərbaycanlı olan insan öz milli havası ilə, öz ən gözəl, ən müqəddəs bildiyi milli havası ilə toy zalına daxil olmasın? Eyni zamanda, gəlinlərimiz bir bakirəlik, bir təmizlik, bir məhrəmlik rəmzidir. O zaman olmazmı ki, onların gəlinlik geyimi, üstü-başı bir az bağlı olsun?! Vallah, indi belə danışacağam, qınayanlar olacaq ki, həddindən artıq konservativ, köhnəpərəst fikirlər irəli sürür, amma inanın ki, bunların hamısında bir gözəllik var, əlçatmazlıq həmişə gözəl olub, həmişə təmiz görünüb.

Похожие видео

Показать еще