Repçi Dado YPX haqqında yazdığı repə görə həbs edilib HD

01.03.2013
Repçilər arasında "Dado" ləqəbi ilə tanınan məşhur repçi Səid Əliyevdən iki gündür ki, xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, iki gün bundan əvvəl Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları onun maşınına baxış keçirib. Hər şey qaydasında olsa da, bir müddətdən sonra repçi polis əməkdaşları tərəfindən saxlanılıb. Onu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Bu barədə "Qafqazinfo"ya açıqlama verən Əli Səidin qardaşı bunları deyib: "Dünən xəbər tutdum ki, qardaşım Nəsimi Rayon Məhkəməsindədir. Polislər mənə dedilər ki, bizi 21-ci bölmənin yanında gözlə. Bir neçə saat gözləməyimə rəğmən Səidi ora gətirmədilər. Harada olduğunu soruşduqda isə əvvəl xəbərləri olmadığını desələr də, yazılı sürətdə rəsmi ərizə yazacağımı deyəndən sonra bildirdilər ki, Səid burdadır. Onu arxa qapıdan içəriyə salıblar. Amma polisdə onun hansı səbəbə saxlanıldığını demirlər. Yeri barədə isə qeyri-müəyyən bilgi verirlər. Səid mənə zəng edərək nə üçün saxlanıldığı haqda məlumat verib. Bildirib ki, saxlanılmağına səbəb onun ifa etdiyi "Dado YPX" adlı musiqi ilə bağlıdır. Polislər ona 10 gün müddətində bu mahnının internet silinməsi tapşırığını veriblər. Düşünürük ki, ona bölmədə təzyiq edirlər. Axı bu adi bir mahnıdır. Demokratiyaya zidd olan addım atırlar. Elə bil Səidi girov götürüblər". Website: http://kanal13.tv/ Facebook Official Page: http://www.facebook.com/tvkanal13 Facebook FanPage: http://www.facebook.com/djavid.djon Twitter: https://twitter.com/#!/Kanal13_Baku VK: http://vk.com/id197711591 Mail.Ru: http://my.mail.ru/mail/tvkanal13/ Click & Subscribe to the main youtube Channel: http://www.youtube.com/Kanal13AZ Online Radio BakuFm: http://baku.fm/ Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ]

Похожие видео

Показать еще