Balaxanı qəsəbəsi turizm zonasına çevrilir

27.08.2020
Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" birgə əməkdaşlığa başlayır. Qəsəbənin turizm imkanları araşdırılır, ərazidə vaxtilə mövcud olan və tarixi görkəmini itirən abidə və digər məkanların sayı dəqiqləşdirilir. Hazırda təmir, bərpa və yenidənqurma işləri 3 küçədə aparılır. Balaxanının yeni turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması həm də qəsəbənin daha da abadlaşdırılmasına gətirib çıxaracaq. Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. Görüləcək işlər turizm yönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına hesablanıb. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək, bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. Tarixi-mədəni abidələrlə zəngin olan Balaxanıda xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması nəzərdə tutulur. Burda ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün də imkanlar mövcuddur.

Похожие видео

Показать еще