Xızı Rayon İcra Hakimiyyətindən narazılıq artıb
Xızı rayon sakini Azər Ataxanzadə Xızıdakı Heydər Əliyev prospektində fəaliyyət göstərən, biri anasının, digəri qardaşının mülkiyyətində olan mağazaların sökülməsi barədə mətbuata açıqlama verib. O iddia edir ki, Xızı rayonuna yeni təyin olunan icra başçısı sahibkarların dükanlarını sökür. Azər Ataxanzadənin bildirib ki, dükanları işlətmək üçün banklardan götürdükləri kreditləri ödəyə bilmirlər. Mövcud problemlə bağlı Xızı rayon icra hakimiyyəti 2 il əvvəl yerli məhkəmədə iddia qaldırıb. İddia əsasən Heydər Əliyev prospekti 16-da yerləşən və Adilə Ataxanzadənin mülkiyyətində olan mağaza sökülməlidir. İcra hakimiyyətinin nümayəndəsi Şəhriyar Əliyev icra hakimiyyətinin bu iddiasını Xızıda abadlıq işləri aparılması ilə əlaqələndirib. Website: http://kanal13.tv/ Facebook Official Page: http://www.facebook.com/tvkanal13 Facebook FanPage: http://www.facebook.com/djavid.djon Twitter: https://twitter.com/#!/Kanal13_Baku VK: http://vk.com/id197711591 Mail.Ru: http://my.mail.ru/mail/tvkanal13/ Click & Subscribe to the main youtube Channel: http://www.youtube.com/channel/UC_Tne... Online Radio BakuFm: http://baku.fm/ Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM © KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan