Boşanmaq üçün hara müraciət etməli? HD
Boşanmaq üçün hara müraciət etməli? Vəkil Kamal Nurəliyev ilə əlaqə: 0509990202 0709990202 Xətai ray. Məhəmməd Hadi 51. (Ukrayna dairəsi, Xətai ray. məhkəməsinin qarşısı) Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi ; Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər; Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır: ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi. Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi; Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; Nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; Ər (arvadın) birgə ərizəsi və ya ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda nikah haqqında şəhadətnamə; Dövlət rüsumunun ödənilməsi barədə qəbz İştirak etməli olan şəxslərin siyahısı Birgə razılıq ərizəsi əsasında nikah pozulduqda-ər və arvadın hər ikisi; Ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda-ər və ya arvad; Məhkəmə qətnaməsi əsasında nikah pozulduqda-ər və arvad (birlikdə və ya ayrılıqda); Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu; Dövlət rüsumunun məbləği Yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında – 15 manat; Məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) – 15 manat; Digər tərəf müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişsə – 2 manat dövlət rüsumu ödənilməlidir