Azərbaycanda müəllim və şagirdlərin olduğu avtobus dərəyə aşdı HD
#APATV #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi Şəkidə şagird və müəllimlərin olduğu avtobus dərəyə aşıb, yaralılar var. APA TV-nin məlumatına görə, hadisə iyunun 5- i günorta saat 16 radələrində Şəki şəhərinin yuxarı hissəsində, dağlıq ərazidə tikilmiş “Mustafabəy” istirahət mərkəzinin ərazisində baş verib. Samux rayon sakini 1959-cu il təvəllüdlü Eyyar Kamil oğlu Əhmədovun idarə etdiyi “İsuzu” avtobus idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı yaralanan şəxsləri ərazidən çıxarmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və yanğınsöndürən-xilasediciləri cəlb edilib. Qəza zamanı avtobusun sürücüsü Eyyar Əhmədov və avtobusda olan 22 sərnişin, Samux rayon sakinləri aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Əldə edilən məlumata əsasən, xəsarət alan sərnişinlərdən 16 nəfəri şagird, 6 nəfərin isə müəllim və yaxud valideyndir. TƏBİB-dən APA TV-yə verilən məlumata görə, Şəki baş vermiş yol qəzası ilə bağlı 11 nəfər Şəki RMX-na müraciət edib. Onlardan 10 nəfərə lazımi tibbi yardım göstərildikdən sonra xəsarətləri yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Bir nəfərə isə 2-ci bel fəqərəsinin sınığı dioqnozu qoyulub. Faktla bağlı Şöbəsində araşdırma aparılır. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: https://www.facebook.com/tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: https://www.instagram.com/apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: https://twitter.com/apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOfficial?sub_confirmation=1 Copyright © APA TV Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır. REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv