“Ömrü faciələrdə keçən insanın mənzilini kimlər əlindən aldı?”– 40 ilin ədalətsizliyi

02.10.2019
2 oktyabr 2019-cu il saat 23:00-da premyerası olacaq "SosMedium" verilişində bir insanın acı taleyini öz dilindən eşidəcəyik. Rəhimov Rüstəm Dədəxan oğlu atasının bir gecə yatmış anası və altıaylıq qardaşını necə güllələnməsindən danışır. Bu faciəli gecədən sonra ona məxsus evin Sumqayıt şəhər icra hakimiyyəti tərəfindən necə satılmasından və azyaşlı bacı-qardaş olaraq kirayə evlərdə ac-susuz yaşamasından şikayətlənir. Sumqayıt şəhəri 2-ci mikrorayon ev 6, mənzil 18-də yerləşən ailəsinə məxsus mənzilin başqaları tərəfindən pulla satın alınmasından, son 30 ildə hüquq-mühafizə orqanlarının ədalətsiz qərarları nəticəsində ailəsinə məxsus həmin mənzilin ona qaytarılmamasından danışır. R.Rəhimov iddia edir ki, məhkəmələrin, o cümlədən Sumqayıt şəhər məhkəməsinin hakimi Təhminə Xəlilovanın ədalətsiz qərarı illərlə süründürməçilik yaratmış, nəticədə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynov “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair R.Rəhimovun ərizəsi barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3513/2017 saylı, 10 oktyabr 2017-ci il tarixli qərardadının surətini Sumqayıt şəhər İcra hakimiyyətinin mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə, eləcə də Sumqayıt şəhər məhkəməsinə göndərsə də işə baxılmır, bir daha qanun poztusuna yol verilir. “Yetim haqqı yeyilməz”, deyir Rüstəm kişi. 3 yaşında mənzilindən çıxarılan R.Rəhimov bu gün 59 yaşındadır və hələ də halal haqqı olan mənzilini əldə edə bilmir. Müraciət etdiyi bütün orqanlar R.Rüstəmova haqq tanımır. Haqqını müdafiə edəcəyini deyən R.Rüstəmov ölkə başçısına, I Vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, hüquqlarının bərpa edilməsi üçün göstəriş vermələrini xahiş edir. Rüstəm Dədəxan oğlu Rəhimov ilə əlaqə: (055) 827 30 72 Canlı yayımlarımızı dərhal izləmək və R.Rüstəmova haqqını yenidən əldə etmək üçün dəstək məqsədilə müsahibəni paylaşmağı, eləcə də KANALIMIZA ABUNƏ OLMAĞI VƏ "ZINQIROV" DÜYMƏSİNİ BASMAĞI UNUTMAYIN! REDAKSİYADAN CİDDİ XƏBƏRDARLIQ: Xahiş edirik ki, başqalarının şərəf və ləyaqətinə toxunan, təhqir və söyüş xarakterli şərhlər yazmayasınız. Əks təqdirdə şərhiniz pozulacaq, fasiləyə qoyulacaq və nəhayət bloklanacaqsınız.

Похожие видео

Показать еще