Qızım (şeir) - Sona Novruzova HD
Qızım Müəllif: Sona Novruzova Xoş gəldin,qızım,sən həyatıma İlk "ana" sözün yazıb adıma Bügünkü kimi yaxşı yadımda Açdın gözünü sən qucağımda Diqqətlə baxıb biraz dayandın Baxışınla sən məni tanıdın Sonra yenidən gözünü yumdun Sənin sehrindən mən ovsunlandım. Yup-yumru əlin,girdə sifətin Qonur gözlərin qoy təsvir edim Yay istisində gəldin dunyaya Bənzərin vardi göydəki aya Yayin istisin öturdün mənə O istiliyi qaytardım sənə. Balaca canda bir dünya vardı Ana qəlbimi sevgi sarıdı Baxıb mənə sən çox əl-qol atdın Yorulub axır mışılca yatdın. Çox illər kecib indi o vaxtdan Göz qırpımıtək otüsdü zaman. İndi bir ana yatır qəlbində Bir ana isə sənin dilində Hər ikisinə qəlbin titrəyir Onlardan sənə xos ətir dəyir Ana balaın müqəddəs andı Bala anaya şöhrətdi,şandı. Ana baladan yaman narahat Bala xoşbəxtsə olur çox rahat. Ana və bala-qoşadır bu ad Hər cur ləzzətdən öndədir bu dad. Dünya qocadır,sevgi təzədir Qoca dunyanı sevgi bəzədir Qoşa sevgini tarix yasadır Belə sevginin ömrü başadır. 26.07.2020 #şeir #şeirlər #yenişeir #yenişeirlər #sonanovruzova #qızım #anaqız #anabala #azərbaycan #ədəbiyyat #poeziya #musiqilişeir
Похожие видео
Показать еще