Yollar görüşəndə...

01.01.1970
Yollar görüşəndə televiziya filmi, 1979 Televiziya tamaşası saf məhəbbətdən bəhs edir. O məhəbbətdən ki, onun qabağında heç bir maneə, heç bir sədd dayana bilmir. Mais (Yaşar Nuri) elmi işçidir və çox inadkardır. Necə deyərlər tutduğunu qoparan biridir. Təsadüf elə gətirir ki, o işlədiyi institutun direktoru Rza müəllimin (Səməndər Rzayev) qızı Çiçəyə (Səidə Quliyeva) aşiq olur. Çiçək də Maisə qarşı etinasız deyil. Lakin məsələ burasındadır ki, Çiçəyin bir həftədən sonra nişanlısı Həmidlə (Rəfael Dadaşov) toyu olmalıdır. Toya hazırlaşan ailələrin planlarını məhz Mais alt-üst edir. Rejissor: Ramiz Mirzəyev Əsərin müəllifi: Ruhəngiz Qasımova Operator: Eldar Məmmədov (II) Rəssam: Qurban Məlikov Bəstəkar: Ruhəngiz Qasımova (titrlərdə yoxdur) Səs operatoru: Akif Xəlilov, Mehdi Zeynalov (səs rejissoru) Rollarda: Səməndər Rzayev-Rza Nəcibə Məlikova-Dilbər Səidə Quliyeva-Çiçək Gülxar Həsənova-Hökümə Yaşar Nuri-Mais Sevil Xəlilova-Rahidə Muxtar Avşarov-İlyas Sofa Bəsirzadə-Töhfə Rəfael Dadaşov-Həmid Hamlet Qurbanov-Müəllif

Похожие видео

Показать еще